EN

Kreml Kiyevi şantaj etməkdə ittiham edir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun bütün iştirakçılarının maraqlarına zərər verən enerji şantajı ilə məşğul olmağa davam edir. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Peskov qeyd edib ki, bu fəaliyyət yalnız Rusiya şirkətlərinə deyil, həmçinin Amerika və Qazaxıstan şirkətlərinə də ciddi ziyan vurur.

Onun sözlərinə görə, Kiyevin hərəkətləri konsorsium iştirakçıları arasında gərginliyi artırır və layihənin sabitliyini risk altına qoyur.

Qeyd edək ki, Kremlin mətbuat katibi bunun enerji sahəsində beynəlxalq əməkdaşlığa mənfi təsir göstərdiyini vurğulayıb.

Chosen
10
1
cebheinfo.az

2Sources