EN

Uqanda da İsrailin yanında döyüşə qoşulur? – Yaxın Şərqdə cəhbə xətti dəyişə bilər – ŞOK

Uqandanın Müdafiə naziri İrana qarşı müharibədə İsraillə birlikdə döyüşmək barədə düşünür. Bunu nazir General Muhoozi Kainerugaba özünün sosial mediada paylaşmında bildirib.

O, qeyd edib ki, İsraillə İran arasında düşmənçilik şiddətlənərsə, ölkəsi münaqişəyə daxil ola bilər

“İsrailin köməyə ehtiyacı varsa, Uqanda qardaşları ona kömək etməyə hazırdırlar”, – o bildirib.

Nazir X platformasından paylaşdığı bəyanatında yazıb: “Biz Yaxın Şərqdəki müharibənin dərhal bitməsini istəyirik. Dünya bundan bezib. Amma İsraili məhv etmək və ya məğlub etmək barədə hər hansı bir söhbət bizi müharibəyə cəlb edəcək. İsrailin tərəfində dayanacağıq! İsrailin mövcud olmaq hüququ var və ona qarşı hücumlar dayandırılmalıdır”.

Nazir növbəti paylaşımında “qaradərililərin sözünün diqqətə alınmadığından da gileylənib: “Amma, əlbəttə ki, onlar heç vaxt qaradərililərə qulaq asmırlar”.

Bəs, 34 milyonluq əhalisi olan Uqandanın İranla müharibəyə qoşulması cəhbə xəttindəki vəziyyəti nə qədər dəyişə bilər?

NOCOMMENT.az xəbər verir ki, siyasi şərhçi Heydər Oğuz bu suala cavab tapmaq üçün Uqandanın hərbi qüdrətinə nəzər salmağın kifayət olduğunu deyib.

“Uqanda hökumətinin məlumatına görə, Uqanda Xalq Müdafiə Qüvvələrinin (UPDF) hava qüvvələri də daxil olmaqla 40.000 ilə 45.000 arasında şəxsi heyəti var. Belə çıxır ki, dəqiq rəqəmi heç Uqanda hökuməti də bilmir.

Amma dəqiq bilinən odur ki, Uqanda ordusunun təxminən 6 ədəd Sukhoi Su-30MK2 qırıcı təyyarəsi, eləcə də bir neçə Mi-28N Havoc hücum helikopteri var”.

Aliyə

NOCOMMENT.az 

Chosen
21
nocomment.az

1Sources