EN

Avropa ölkəsində “Rus evi”nə hücum oldu

Naməlum şəxslər Praqadakı “Rus Evi”nə “Molotov kokteyli” atıblar.

Publika.az xəbər verir ki, bu barədə mədəniyyət mərkəzinin direktoru İqor Girenko RT-yə bildirib.

Onun sözlərinə görə, hücum edənlər kitabxananın pəncərələrini nişan alıblar. Atılan altı “Molotov kokteyli”ndən üçünü partlatmaq mümkün olmayıb.

"Söhbət xüsusilə binanın içinə düşən butulkalardan gedir. Əgər hamısı partlasaydı, nəticələrini təsəvvür etmək çətin olardı", - deyə o qeyd edib.

Girenko hücumun vaxtının təsadüfi seçilmədiyinə inanır: Rusiya Mədəniyyəti Günlərinin son tədbiri cümə gününə planlaşdırılmışdı.

Chosen
15
publika.az

1Sources