Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
DÇ-2026-ya vəsiqə uğrunda pley-off matçında Türkiyə millisi Rumıniya yığması ilə qarşılaşıb. Türklər minimal hesablı qələbə qazanıblar - 1:0.
İdman. Biz xəbər verir ki, yarımmüdafiəçi Hakan Calhanoğlu Rumıniya ilə oyunda zədə alıb. Bu səbəbdən o, oyunu sonadək davam etdirə bilməyib və əvəzlənib.
Qeyd edək ki, 32 yaşlı futbolçu cari mövsümdə İtaliya çempionatında “Inter”in heyətində 19 oyuna çıxıb. Hakan bu qarşılaşmalarda səkkiz qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçinin “İnter”lə müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir. Onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.