EN

İran müharibə istəmir, amma... Arakçı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

İranda 600-dən çox məktəb dağılıb və ya qismən ziyan görüb.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı onlayn müraciətində deyib.

“600-dən çox məktəb dağıdılıb və ya zərər görüb, nəticədə 1000-dən çox şagird və müəllim həlak olub və ya yaralanıb. Xəstəxanalar, təcili yardım maşınları, tibb işçiləri, xilasedicilər, neft emalı zavodları, su mənbələri və yaşayış yerləri də hədəf alınıb”, - Arakçı qeyd edib.

XİN başçısı İranın heç vaxt müharibə istəmədiyini, lakin özünü müdafiə etməkdə qətiyyətli olduğunu əlavə edib və beynəlxalq ictimaiyyəti ölkəsinə qarşı törədilən hücumları qınamağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
4
axar.az

10Sources