EN

Türkiyə Gürcüstana hərbi texnika təhvil verdi - FOTOLAR

Türkiyə Gürcüstanın Xüsusi Əməliyyatlar Qüvvələrinə hərbi texnika təhvil verib.

"Report"un yerli bürosu xəbər verir ki, Türkiyə Respublikası tərəfindən istehsal olunan hərbi materiallar Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Komandanlığına təhvil verilib.

Təhvil-təslim mərasimi Tbilisinin Vaşlijvari qəsəbəsində yerləşən xüsusi təyinatlıların bazasında keçirilib.

Tədbirdə Gürcüstan tərəfdən general-mayor Zaza Çxaidze, Türkiyəni isə ölkənin Gürcüstandakı səfiri Ali Xan Orbay təmsil edib.

Müvafiq sənədi Gürcüstan Xüsusi Əməliyyatlar Komandanlığının nümayəndəsi, polkovnik Teymuraz Klateişvili və Türkiyənin hərbi attaşesi, polkovnik İlhan Oktendurali imzalayıblar.

Rəsmi hissədən sonra qonaqlar baza ərazisində yerləşən atıcılıq poliqonuna baxış keçirib və nümayiş atışını izləyiblər.

Qeyd edək ki, 2025-ci ildə də Türkiyə tərəfi Gürcüstanın Xüsusi Əməliyyatlar Qüvvələrinə müxtəlif avadanlıqlar təqdim edib.

"Cebheinfo.az"

Chosen
10
10
cebheinfo.az

10Sources