ain.az, Avtosfer saytına istinadən bildirir.
Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarından yağmağa başlayan yağışdan sonra şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel suları keçib. Sel sulları sakinlərin və avtomobillərin gediş gəlişinə çətinliklər yaradıb. Qəsəbə sakinləri bildiriblər ki, hər dəfə yağış yağanda bu problemlə üzləşirlər. Onlar problemlə bağlı dəfələrlə adiyyatı qurumlara məlumat veriblər. Sakinlər onu da qeyd ediblər ki, sel suları bir neçə evlərin zirzəmisinə dolub.
Hazırda Gəncə şəhərində və qərb bölgəsində yağışlı hava şəraiti davam edir.















Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.