EN

Yağışda bunu etsəniz, 40 manat cəriməsi var

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yağışlı havalarda küçədə hərəkət edən piyadalar bəzən sürücülərin diqqətsizliyi və ya qərəzli davranışı ilə üzləşirlər. Avtomobillərin gölməçələrdən sürətlə keçərək ətrafdakı insanların üzərinə su və palçıq sıçratması narazılıq yaradır. Qanunvericilik isə bu növ hərəkətlərə yol verən şəxslər üçün konkret məsuliyyət müəyyən edib.İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, yoldakı suyun və ya palçığın piyadalara, binalara, həmçinin digər nəqliyyat vasitələrinə qəsdən sıçradılması qayda pozuntusu hesab olunur. Belə hallara yol verən sürücülər 40 manat məbləğində cərimə edilə bilərlər. Bu cür xoşagəlməz vəziyyətlə qarşılaşan vətəndaşlar dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya yol polisinin 902 qaynar xəttinə müraciət etmək hüququna malikdirlər.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
demokrat.az

1Sources