EN

Azərbaycana qarşı gizli təhlükə: Ruspərəstlərmi qorxuludur, iranpərəstlərmi?

Media hüququ eksperti Rəşid Hacılı son zamanlar Azərbaycanın siyasi mühitində mövcud olan ruspərəst və iranpərəst qrupların fərqlərini şərh edib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, ruspərəstlər 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatları və Rusiya əsgərlərinin Qarabağdan çıxması ilə daha marginal və görünməməyə çalışan bir qrupa çevriliblər.

Rəşid Hacılı vurğulayır ki, iranpərəstlər isə fərqlidir: “Onlar çoxdurlar, gizlətmirlər, daha radikal və amansızdırlar. İdeoloji silahları əsasən daha az intellektli insanları cəlb etməyə yönəlib. Daha qaranlıq, aqressiv və manipulyativdirlər.

Nə ruspərəstlərin, nə də iranpərəstlərin içində Azərbaycan sevgisi var. Əksinə, onlar Azərbaycanı İran maraqlarına qurban verməyə hər zaman hazırdırlar. ‘Öncə İrandır!’ – onların devizidir”.

Hacılı qeyd edib ki, İranın problemi onun imperiya olmaq iddiasıdır. “İran tarixi boyunca bir neçə imperiya kimi yaşayıb və qocalmış imperiyalar kimi həm öz xalqına, həm də qonşularına qarşı aqressivdir. Bu, ideologiyalar, güclü siyasi polis və cəza dəstələri vasitəsilə həyata keçirilir. İranın davamlılığı qədim pers dövlətçilik ənənələrindən yox, tarixi müdaxilələr və daxili repressiyalar sayəsində təmin olunub”, – deyə ekspert bildirib.

O həmçinin regiondakı yeni böhranlara toxunaraq əlavə edib:

“İran Ərəb dünyası ilə münasibətlərdə açıq düşmənçilik mərhələsinə daxil olub. Səudiyyə şahzadəsi artıq İranı terrorizmin mənbəyi adlandırır və 2015-ci il razılaşmasını tarixi səhv sayır. Bu vəziyyət İranın güclü qalmasını qəbul etməyən ərəb ölkələri ilə qarşıdurmanı dərinləşdirir”.

Rəşid Hacılı bu kontekstdə xəbərdarlıq edir ki, Azərbaycan üçün iranpərəst qrupların ideoloji təsiri ciddi təhlükə təşkil edir və onların manipulyativ strategiyalarına qarşı diqqətli olmaq lazımdır.

Sara
NOCOMMENT.az

Chosen
33
nocomment.az

1Sources