EN

Azərbaycanlı tələbə TOP 10 də olan ABŞ universitetinə qəbul oldu

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetlərindən birinə qəbul alıb.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1-ci kurs tələbəsi, Zəkalar liseyinin məzunu Elcan Əsədli ABŞ-ın aparıcı ali təhsil müəssisələrindən olan Kaliforniya Universiteti, Berkli kampusuna (University of California, Berkeley) qəbul alıb.

O, universitetin “Siyasi elmlər” ixtisası üzrə bakalavr pilləsinə qəbul olunan ilk azərbaycanlı kimi tarixə düşüb.

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan bu universitet “Public University” kateqoriyası üzrə 1-ci yerdə qərarlaşır və qlobal reytinqlərdə TOP 10-luqda yer alır.

Qeyd edək ki, Elcan Əsədli dövlət məktəbi məzunu olaraq bu nəticəni əldə edən cəmi iki nəfərdən biri olub.

Xatırladaq ki, o, bundan əvvəl cari ildə Harvard Universitetinin yay məktəbinə qəbul alan yeganə azərbaycanlı olub. Elcan Əsədli eyni zamanda digər nüfuzlu ali məktəblərdən də qəbul alıb, bəzi müraciətlərinin nəticələri isə hələlik gözlənilir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
4
modern.az

5Sources