EN

Samuxda bir ailənin 4 üzvü Kürdə odun yığarkən köməksiz vəziyyətdə qalıblar - Yenilənib 

Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin suda qalmasının təfərrüatları məlum olub...

APA-nın məlumatına görə, Samux rayon sakinləri olan bir ailənin 4 üzvü Kürün ortasında odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb.

Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

***

Samuxda balıqçılar köməksiz vəziyyətdə qalıblar.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri olan 4 şəxs Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar. Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

Poliqon.info

Chosen
19
25
poliqon.info

10Sources