EN

Gəncəyə yağan yağış ciddi fəsadlar törədib - FOTO

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub.
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarından yağmağa başlayan yağışdan sonra şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel suları keçib. Sel suları sakinlərin və avtomobillərin gediş gəlişinə çətinliklər yaradıb.
 
Qəsəbə sakinləri bildiriblər ki, hər dəfə yağış yağanda bu problemlə üzləşirlər. Onlar problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat veriblər. Sakinlər onu da qeyd ediblər ki, sel suları bir neçə evin zirzəmisinə də dolub.
 
Hazırda Gəncə şəhərində və qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.
Chosen
6
6
moderator.az

7Sources