EN

Rusiya İrana kəşfiyyat məlumatlarını ötürməsi ilə bağlı iddiaları rədd etdi

BAKI, 27 mart. TELEQRAF

Rusiya hərbi-texniki əməkdaşlıq çərçivəsində İrana hərbi təyinatlı məhsullar tədarük edir, lakin kəşfiyyat məlumatı ötürmür.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “France Télévisions” telekanalına müsahibəsində bildirib.

Lavrov qeyd edib ki, Moskva Tehrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı ittihamlarla razılaşmır. Nazir bildirib ki, regionda ABŞ hərbi bazalarının yerləşdiyi koordinatlar açıq məlumatdır və bunu hamı bilir:

“Onların açıq şəkildə mövcud olması fonunda İranın bu hədəflərə zərbələr endirməsi təəccüblü deyil”.

Onun sözlərinə görə,ABŞ regiondakı bazalarından İran barədə kəşfiyyat və peyk məlumatlarını toplamaq üçün istifadə edir.

Lavrov əlavə edib ki, bu bazaların hazırda vaxtaşırı hücumlara məruz qalması “əsassız başlanmış avantüranın nəticəsidir”:

“ABŞ bu riskləri əvvəlcədən bildiyi üçün hərbi qulluqçularının böyük hissəsini həmin bazalardan çıxarıb və bununla da mümkün hadisələrə hazırlaşdığını göstərib. ABŞ-nin addımları regiondakı ərəb müttəfiqlərini çətin vəziyyətdə qoyub”.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkof bildirib ki, Rusiya tərəfindən İrana kəşfiyyat məlumatlarının ötürülməməsi ilə bağlı şəxsi müraciət edib.

Chosen
35
teleqraf.com

1Sources