37 ölkədən olan beynəlxalq səyyahlar qrupu Zəngilana gəlib.
Moderator.az-ın məlumatına görə, səyyahlar Zəngəzur dəhlizi sahəsinə baş çəkiblər.
Səfər zamanı nümayəndə heyətinə Azərbaycanın Naxçıvanla quru yol əlaqəsini təmin etmək məqsədilə həyata keçirdiyi infrastruktur layihəsi barədə məlumat verilib.