EN

Rusiyanın göndərdiyi humanitar yardım karvanı Azərbaycandan İrana keçib - Yenilənib 

Rusiyadan göndərilən humanitar yardım karvanı Azərbaycan sərhədindən keçərək İrana yola salınıb...

APA-nın bölgə müxbiri xəbər verir ki, 7 yük avtomobilindən ibarət humanitar yardım karvanında 140 ton qida məhsulları var.

***

Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.

Poliqon xəbər verir ki, 7 avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından keçdikdən sonra Şimal-Cənub dəhlizi vasitəsilə İran istiqamətinə yola salınacaq.

Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. V. Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb. (Report.az)

Poliqon.info

Chosen
5
13
poliqon.info

10Sources