EN

Goranboyda yeniyetmənin bıçaqladığı kişinin vəziyyəti açıqlanıb - YENİLƏNİB

26.03.2026-cı il tarixində saat 23:30 radələrində xəsarət alması səbəbilə 1990-ci il təvəllüdlü şəxs (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın yerli bürosuna Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, ona sol biləyin dərin kəsilmiş yarası diaqnozu təyin olunub.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

11.16

Goranboyda 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 2009-cu il Ə.Əliyev tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

11.06

Goranboyda bıçaqlanma hadisəsi hadisəsi verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1992-ci il təvəllüdlü M.Əliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, M.Əliyevi tanışı 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
1
apa.az

8Sources