EN

Ağ Evin paylaşımları diqqət çəkdi: Sirli görüntülər maraq doğurdu

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağ Evin dünən gecə rəsmi sosial media hesablarında paylaşdığı şəkil maraq doğurub.Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın çox bulanıq və pikselli fotosu sosial mediada çaşqınlığa səbəb olub. Ağ Evin paylaşımı 12 saat ərzində 25 milyon insan tərəfindən izlənilib.Bəzi istifadəçilər görüntüdə Trampın əlində "nüvə qırmızı düyməsi" olduğunu göstərən bir təhdid olduğunu irəli sürdülər.

Bəzi istifadəçilər qırmızı sahələri buraxılış idarəetmə düyməsi kimi şərh ediblər. Paylaşım ABŞ-ın İranın enerji infrastrukturuna hücumlarını müvəqqəti olaraq dayandırdığını elan etdiyi və diplomatik danışıqların davam etdiyi bir vaxtda paylaşılması ilə diqqət çəkir.

Ağ Ev bu ilkin yeniləmədən sonra Tramp, vitse-prezident JD Vens və dövlət katibi Marko Rubioya aid olduğu düşünülən daha çox pikselləşdirilmiş şəkillər paylaşaraq paylaşım etməyə davam etdi.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
icma.az

2Sources