EN

Tanınmış jurnalist vəfat etdi – YENİLƏNİB

Medianın İnkişafı Agentliyi (MEDİA) tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə agentliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, – paylaşımda qeyd edilib.

_______________

Saat – 08:40

Tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib.

Milli.Az xəbər verir ki, mərhum jurnalist bu gün dəfn olunacaq.

Rəşad Baxşəliyev uzun illər fəaliyyəti dövründə peşəkarlığı, səmimiyyəti və yüksək insani keyfiyyətləri ilə seçilib, həmkarlarının hörmətini qazanıb.

Qeyd edək ki, Rəşad Baxşəliyev “Azərbaycan” qəzetinin şöbə müdiri, Parlament Jurnalistlər Birliyinin üzvü, həmçinin qazi olub.

Allah rəhmət eləsin.

Chosen
18
2
editor.az

10Sources