ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) tərəfindən ona təqdim edilən kəşfiyyat brifinqində İranın yeni ali rəhbəri kimi göstərilən Müctəba Xameneyi haqqında diqqətçəkən məlumatların paylaşıldığını bildirib.
"Əli Xameneyinin oğlu haqqında kəşfiyyat məlumatı var"
Tramp kəşfiyyat orqanlarının Müctəba Xameneyinin cinsi orientasiyası ilə bağlı verdiyi məlumatları təsdiqlədiyini ifadə edib. Bu iddia ilk dəfə martın 16-da "New York Post" qəzeti tərəfindən gündəmə gətirilib. Qəzetin yazdığına görə, MKİ İranın keçmiş dini lideri Əli Xameneyinin, oğlunun şəxsi həyatı ilə bağlı tərəddüdlər səbəbindən onun varisliyinə şübhə ilə yanaşdığına inanır.
Hesabatda həmçinin gənc Xameneyinin uşaqlıq illərində dərs aldığı kişi müəllimi ilə uzunmüddətli münasibətdə olduğu iddiası da yer alıb.
Tramp: "Bunu mənə CIA dedi"
"Fox News" kanalında yayımlanan proqramda sualları cavablandıran Tramp kəşfiyyatdan bu cür məlumat aldığını təsdiqləyib: