Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xarici bazarlara 22 milyon 48 min ABŞ dolları dəyərində 70 min 251 ton gübrə ixrac edilib...
Poliqon Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 39%, kəmiyyət baxımından 43,1% azdır.
Hesabat dövründə ölkəyə 19,6 milyon dəyərində 29 min 44 ton gübrə idxal edilib ki, bu illik müqayisədə dəyər baxımından 79,4%, kəmiyyət baxımından isə 23,4% çoxdur.
Qeyd edək ki, cari ilin ilk iki ayında Azərbaycanda 42,9 ton gübrə və azot birləşmələri istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 50,7% azdır.
Poliqon.info