EN

Sibiga: Rusiyanın nüvə şantajı ilə İranın addımları oxşardır

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Xarici işlər naziri Andriy Sibiqa Parisdə keçirilən Böyük Yeddiliyin görüşündə Rusiyanın nüvə təhdidlərinə qəti cavab verilməsinə çağırıb.

Turkustan.az xəbər verir ki, o, bu fikirləri “Yenidənqurma” sessiyasında G7 ölkələrinin xarici işlər nazirləri, AYİB prezidenti, həmçinin Braziliya, Hindistan, Koreya Respublikası və Səudiyyə Ərəbistanı nümayəndələri ilə birgə çıxışı zamanı səsləndirib.

Görüşdə müzakirə olunan əsas mövzulardan biri 2025-ci ilin fevralında Rusiyanın pilotsuz uçuş aparatı zərbəsi nəticəsində zədələnən Çernobıl AES-in qoruyucu örtüyünün bərpası olub.

Sibiqa Rusiyadan gələn nüvə təhdidlərinin sistemli xarakter daşıdığını vurğulayıb. O bildirib ki, Zaporojye AES-in işğalı və hərbi bazaya çevrilməsi, Kaxovka bəndinin dağıdılması, eləcə də stansiyanı Rusiyanın enerji sisteminə qoşmaq cəhdləri ciddi fəlakətlərə yol aça bilər. Nazir tərəfdaş ölkələri bu təhdidlərin qarşısını almaq üçün qəti addımlar atmağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
icma.az

2Sources