EN

Elantra nın daha bir mənfi cəhəti üzə çıxdı

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyada ən çox oğurlanan avtomobil markaları bəlli olub. ABŞ Milli Sığorta Cinayətləri Bürosu 2025-ci il üçün avtomobil oğurluğu ilə bağlı statistikanı açıqlayıb.Hesabata görə, ötən illə müqayisədə oğurluq hallarının sayı 23 faiz azalıb. Buna baxmayaraq, rəqəmlər hələ də kifayət qədər yüksəkdir. Hazırda hər 48 saniyədən bir avtomobil qaçırılır.Maraqlıdır ki, cinayətkarlar artıq bahalı və ekzotik modellərə deyil, daha sadə və geniş yayılmış maşınlara üstünlük verirlər. Siyahının başında "Hyundai Elantra" qərarlaşıb. Ötən il ərzində bu modeldən 21 mindən çoxu oğurlanıb. Onu "Honda Accord" və "Hyundai Sonata" modelləri izləyir. Koreya istehsalı olan avtomobillərin siyahıda çoxluq təşkil etməsi diqqət çəkir.Sonradan "Hyundai" və "Kia" modellərində proqram təminatının yenilənməsi və təhlükəsizlik tədbirlərinin artırılması oğurluq sayının azalmasına kömək edib. "Chevrolet Silverado" və "Ford F-150" kimi böyük pikaplar da qaçırılan avtomobillər arasındadır. "Toyota Camry" və "Nissan Altima" isə onluğun son sıralarında yer alıb.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
demokrat.az

1Sources