EN

"Porsche"dən oğurluq etdi - Saxlanıldı

Bakının Binəqədi rayonunda naməlum şəxsin dələduzluq etməsi və binalardan birində quraşdırılan liftlərin yaddaş panelini oğurlaması barədə polisə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq və oğurluq əməllərini törətməkdə şübhəli bilinən 38 yaşlı R.Mehdiyev müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayonu ərazisində “Porsche” markalı avtomobildən qulaqcıq oğurlamaqda şübhəli bilinən 30 yaşlı F.Kamallı, mağazaların birindən isə pul, noutbuk və tütün məmulatı oğurlayan 34 yaşlı V.Abdullayev də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Chosen
10
3
bakivaxti.az

4Sources