EN

İranla münaqişədə ABŞ yə dəyən ziyan 2,9 milyard dollara çatdı

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ ordusu İranla silahlı münaqişənin ilk üç həftəsində 2,9 milyard dollara qədər ziyana məruz qalıb.

Yeniavaz.com xəbər verir ki, bu rəqəmi “The Wall Street Journal” (WSJ) qəzetinə ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsini icra edən Eleyn Makkasker bildirib.

Onun sözlərinə görə, Amerika hərbi texnikasına dəyən ziyan və zədələnmiş avadanlıqların dəyişdirilməsi 1,4 milyard dollarla 2,9 milyard dollar arasında qiymətləndirilir.

Daha yüksək qiymətləndirmə ABŞ hərbi bazasında yerləşən Qətər radarına dəyən ziyanı əhatə edir. WSJ qeyd edir ki, zərərin əsas hissəsi İran raketləri və dronları tərəfindən vurulub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəfləri də vurulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
2
yeniavaz.com

3Sources