EN

Rusiyadan İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

Rusiyadan İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.

“İki sahil” xəbər verir ki, yeddi avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından keçdikdən sonra Şimal–Cənub dəhlizi vasitəsilə İran istiqamətinə yola salınacaq.

Xatırladaq ki, bu gün gecə saatlarında 31 vaqondan ibarət humanitar yük qatarı da Astara dəmir yolu sərhəd keçid məntəqəsindən İrana göndərilib.

Əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.

Chosen
8
10
ikisahil.az

10Sources