EN

ABŞ prezidenti Tramp İrana zərbə qərarını bir daha ertələdi

ABŞ
ABŞ Prezidenti Donald Trump İranın enerji infrastrukturuna zərbə ilə bağlı qərarın icrasını təxirə salıb. 1news.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək İranla danışıqların “çox yaxşı getdiyini” bildirib.
Tramp qeyd edib ki, İran rəhbərliyinin müraciəti əsasında ölkənin enerji obyektlərinə zərbə endirilməsi prosesi 10 gün ertələnib və yeni tarix 6 aprel 2026-cı il, ABŞ-ın Şərq vaxtı ilə saat 20:00 olaraq müəyyən edilib.

Xatırladaq ki, ABŞ prezidenti ötən həftəsonu Hörmüz boğazının gəmiçilik üçün açılmaması halında İranın enerji infrastrukturunu hədəf alacağını açıqlamış və Tehrana 48 saat vaxt vermişdi. Daha sonra isə müsbət irəliləyən danışıqlara istinad edərək bu müddəti 5 gün uzatmışdı.

Chosen
25
1
1news.az

2Sources