EN

Yüksək Liqada pley-off mərhələsi başlayır

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsi start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 1/4 finalın iki qarşılaşması baş tutacaq.

Saat 15:00-da "Murov Az Terminal" "Turan"la, saat 17:00-da "Azərreyl" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Qeyd edək ki, 1/4 və yarımfinal qarşılaşmaları ev-səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki görüşün nəticəsinə əsasən tərəflərin qələbə sayı bərabər olarsa, qalib "qızıl set" vasitəsilə müəyyənləşəcək. Medal oyunları isə bir görüşdən ibarət olacaq.

1/4 finalın cavab matçları 2-3 apreldə keçiriləcək.

Yüksək Liqa (qadınlar)
1/4 final, ilk oyunlar
27 mart

15:00. "Murov Az Terminal" – "Turan"
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

17:00. "Azərreyl" – "DH Volley"
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Mərhələnin digər iki oyunu martın 28-də keçiriləcək:

1/4 final, ilk oyunlar

15:00. "Abşeron" – "Milli Aviasiya Akademiyası"
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

17:00. UNEC – "Gəncə"
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Chosen
1
1
fanat.az

6Sources