EN

Məşhur müğənni motosiklet qəzasında vəfat etdi

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Amerikalı məşhur blüqras sənətçisi Ronni Bouman motosiklet qəzasında vəfat edib.

Kulis.az xəbər verir ki, 64 yaşlı sənətçinin ölümü musiqi ictimaiyyətində böyük kədər doğurub.

Müğənni Ceyk Ouen sosial şəbəkədə paylaşdığı videoda Boumanı yad edib. O, mərhum sənətçinin ailəsinə başsağlığı verib.

Ouen bildirib ki, Bouman onun karyerasında xüsusi yer tutan “The Journey of Your Life” mahnısının həmmüəlliflərindən biridir. Müğənni həmin mahnını paylaşdığı videoda ifa edərək onu Boumanın xatirəsinə həsr edib.

“Bu, mənim indiyə qədər yazdırdığım ən vacib mahnıdır. Ronni təkcə böyük ifaçı deyil, həm də insanlara özlərinə inanmağı öyrədən nadir insanlardan idi”, – deyə Ouen vurğulayıb.

Sənətçinin sözlərinə görə, Bouman həm istedadlı gitarist, həm də gənc bəstəkarları dəstəkləyən, onları ruhlandıran bir şəxs olub.

Boumanın ölümünə musiqi dünyasının digər tanınmış simaları da münasibət bildirib. Onun xatirəsini Dierks Bentli, Con Karter Keş, Sierra Holl, Ronda Vinsent və Elison Krauss da ehtiramla yad ediblər.

Şimali Karolinada doğulan Ronni Bouman uzun illər ərzində həm solo fəaliyyət göstərib, həm də müxtəlif musiqi qrupları ilə layihələr həyata keçirib.

Sənətçinin ailəsi yaydığı açıqlamada bildirib:

“Ronni musiqi ictimaiyyətində çox sevilirdi. Bu ağır itkini qəbul etmək üçün zamana ehtiyacımız var. Hazırda yalnız dualarınızı istəyirik və şəxsi həyatımıza hörmətlə yanaşmağınızı xahiş edirik.”

Azərbaycan rəssamlarının əsərləri Tbilisidə

Mənə zülm yaraşır - Bəxtiyar Vahabzadə

“Birinci akt” tamaşasının premyerası oldu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
kulis.az

2Sources