EN

Beynəlxalq səyyahlar qrupu Laçına səfər edib



37 ölkədən olan beynəlxalq səyyahlar qrupu Laçına səfər edib.

Newscenter.az-ın məlumatına görə, "Report"un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti şəhərdəki infrastruktur və bərpa işləri ilə tanış olub.

Səyyahlar həmçinin incəsənət qalereyasını ziyarət edib, orada Azərbaycanın və Qarabağın mədəni irsi, eləcə də Azərbaycan xalçaçılıq sənəti ilə tanış ola biliblər.

Qeyd edək ki, ötən gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.
Chosen
24
8
newscenter.az

10Sources