EN

Evdən işləyirlər, amma «pulları çoxdur, müharibəyə davam gətirəcəklər» - Ərəb banklarının vəziyyəti açıqlandı

ABŞ və İsrailin İrana hücumu nəticəsində başlayan və artıq bir aya yaxındır ki, davam edən müharibə bölgə və dünya iqtisadiyyatına təsirlərini göstərir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müharibədən əsas zərər çəkən sahələrdən biri də regiondakı maliyyə qurumları, xüsusilə də BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər-Küveytin banklarıdır.

Müharibə və İranın cavab zərbələri nəticəsində hazırda regionda biznes aktivliyi kəskin azalıb, turizm, nəqliyyat, logistika, shopping, ticarət və maliyyə əməliyyatları qat-qaz zəifləyib. Nəticədə bank əməliyyatlarında da durğunluq yaranıb.

Xüsusilə Dubay bankları, ABŞ və İsrailin İrana hücumu, və İranın ABŞ/İsrail ilə əlaqəli maliyyə qurumlarına qarşı birbaşa təhdidləri səbəbindən ciddi əməliyyat çətinlikləri və təhlükəsizlik riskləri ilə üzləşiblər.

Bu da bu da ofislərin bağlanmasına, işçilərin təxliyəsinə və təhlükəsizlik tədbirlərinin artırılmasına səbəb olur. BƏƏ mərkəzi bankı regional gərginlik investorların inamını sarsıtdığı üçün kreditorlar üçün likvidlik təmin etmək üçün dəstək paketi təqdim edib.

Münaqişənin Dubay banklarına əsas təsirləri əməliyyatların pozulması və bankların işində fasilələrin yaranmasıdır. «Citi», «Standard Chartered» və «Goldman Sachs» da daxil olmaqla, böyük beynəlxalq banklar, İranın Körfəzdəki maliyyə maraqlarına qarşı təhdidlərindən sonra filiallarını bağlayıb və ya evdən işləmə modellərinə keçiblər.

Digər risk birbaşa hücumdur, İran, ABŞ və İsrail ilə əlaqələri olan Dubaydakı bankları və maliyyə qurumlarını hədəf almaqla hədələyib və Dubay Beynəlxalq Maliyyə Mərkəzində (DIFC) dron qalıqlarının binalara zərər verdiyi barədə məlumatlar yayılıb.

Baş verən münaqişə banklar üçün yeni olan məlumat təhlükəsizliyi problem idə yaradıb. Məsələ bundadır ki, dron hücumları rəqəmsal infrastruktura xələl gətirib; məsələn, Amazon Web Services, bəzi bank müştəriləri üçün müvəqqəti giriş problemlərinə səbəb olan üç obyektə dron hücumları etdiyini bildirib.

Reuters agentliyinin məlumatına görə, yaranmış vəziyyətdə BƏƏ-nin Mərkəzi Bankı banklara həm dirhəmlərdə, həm də ABŞ dollarında xüsusi likvidlik imkanlarından istifadə etməyə imkan verən dəstək paketləri buraxıb. Hələlik geniş yayılmış panica baş verməsə də, banklar potensial depozit axınlarını izləyir, S&P isə bölgədə banklar üçün yüksək riskli ssenarilərini qiymətləndirir.

Amma əsas problemlərdən biri Dubayın reputasiyasının korlanmasıdır. CNBC və TheBanker.com-un məlumatına görə, vəziyyətin gərginləşməsi bəzi bankirlərin və firmaların şəhərdəki mövcudluğunu yenidən nəzərdən keçirməsinə, bəzi əcnəbilərin isə təhdidlərdən sonra şəhəri tərk etməsinə səbəb olub.

Belə ki, budəfəki münaqişə Dubayın təhlükəsiz, "dinc ada" maliyyə mərkəzi statusunu təhdid edərək, diqqəti fövqəladə vəziyyət planlaşdırmasına, məlumatların dayanıqlığının gücləndirilməsinə və hücumların iqtisadi təsirlərinin idarə olunmasına yönəldib.

Hələlik nə qədər davam edəcəyi məlum olmayan bu dövrdə Moody's Ratings (Moody's) beynəlxalq reytinq agenliyi regiondakı bəzi bankların maliyyə vəziyyətini və reytinqini araşdırıb, onların müharibəyə nə qədər davam gətirə biləcəyini dəqiqləşdirib.

«Moody's Ratings» (Moody's) agentliyi HSBC Bank Middle East (HBME) Limited şirkətinin reytinqlərinin və bu emitentlə əlaqəli digər reytinqlərin dövri icmalını başa çatdırıb. İcmalın əsas məqsədi baş verən son hadisələr fonunda bankın indiyə qədər olan reytinqlərinin reallığa uyğunluğunu qiymətləndirmək olub.

18 mart 2026-cı il tarixində aparılan araşdırmanın nəticələrinə görə, HBME-nin reytinqləri, o cümlədən A3 yerli və xarici valyutada uzunmüddətli bank depozit reytinqləri və baa2 Bazal Kredit Qiymətləndirməsi (BCA) dəyişməz olaraq qalır. HBME üçün reytinq proqnozları da, dəyişməz olaraq sabit olaraq qalır.

Agentlik bildirir ki, HBME-nin A3 depozit reytinqləri, bankın baa2 reytinqi ilə ölçülən müstəqil kredit qabiliyyətini əks etdirir, üstəlik ehtiyac yarandıqda bankın əsas ana şirkətindən (HSBC Holdings plc: A3 uzunmüddətli böyük təminatsız, sabit) çox yüksək dəstək ehtimalı var.

HBME-nin indiki reytinqi güclü maliyyələşdirməni və likvidliyi dəstəkləyən güclü və şaxələndirilmiş biznesi, eləcə də qısa müddətdə davam edən Yaxın Şərq münaqişəsindən qaynaqlanan riskləri azaldan möhkəm kapital buferlərini əhatə edir. Başqa sözlə, Agentlik hesab edir ki, Yaxın Şərqdəki münaqişəyə baxmayaraq bankın kapital buferi onun nəticələrinə davam gətirəcək.

Mənfi cəhətlərə gəlincə, «Moody's Ratings»in fikrincə, bu, bankın kredit konsentrasiyasının həddən artıq yüksək olması və aktivlərinin keyfiyyətinin nisbətən aşağı olmasıdır.

Agentlik hesab edir ki, HBME-nin ehtiyatlı (mühafizəkar) anderraytinq təcrübələri, ehtiyatlı risk idarəetməsi və güclü likvidliyi - hazırda davam edən Yaxın Şərq münaqişəsi fonunda qısamüddətli risklərin qarşısını almağa kömək edəcək. «Bankın HSBC Holdings plc (A3, sabit) daxilində inteqrasiyası kapitala və şaxələndirilmiş maliyyələşdirməyə çıxış təmin edir və yaxın müddətli şokları udmaq qabiliyyətini dəstəkləyir»-deyə açıqlamada bildirilir.

Başqa sözlə, bank qüsamüddətli hokları qarşılaya bilər, amma prosesin uzun sürəcəyi təqdirdə vəziyyətin necə olacağı barədə açıqlama verilmir.

«Moody's» həmçinin BƏƏ-nin ən nüfuzlu banklarından olan  Ras Əl-Xayma Milli Bankının (PSC) reytinqlərini araşdırıb.

Xatırladaq ki, daha çox RAKBANK adı ilə tanınan, Ras Əl-Xayma Milli Bankı (PSC), Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən köklü və nüfuzlu banklarından biridir. Ümumiyyətlə Ras Əl-Xayma əmirliyi BƏƏ-ni təşkil edən 7 əmirlikdən biridir. Sözügedən bank da həmin əmirliyin "Milli Bankı" statusundadır.

Araşdırma göstərib ki, Ras Əl-Xaymə Milli Bankının (PSC) (RAKBANK) reytinqləri, o cümlədən Baa1 uzunmüddətli depozit reytinqləri və baa3 Baseline Credit Assessment (BCA), eləcə də bu emitentlə əlaqəli digər reytinqlər dəyişməz olaraq qalır. RAKBANK-ın reytinq proqnozları da, tətbiq olunduğu hallarda, dəyişməz olaraq müsbət olaraq qalır.

Bu bankın bir hadisə olarsa Birləşmiş Ərəb Əmirlikləri hökumətindən çox yüksək dəstək ehtimalı (Aa2, sabit) var.

«Moody's» hazırda davam edən Yaxın Şərq münaqişəsinin banka təsirini istisna etmir, burada deyilir ki, mövcud Yaxın Şərq münaqişəsi bank üçün aktiv riskləri yaradır. Lakin RAKBANK-ın yüksək kapital və kredit itkisi ehtiyatları bu riskləri azaldır. Həmçinin, bankın möhkəm maliyyələşdirmə və likvidlik buferləri münaqişə ilə əlaqəli likvidlik risklərini azaldır.

«Uzunmüddətli depozitlər və təminatsız borc reytinqləri üzrə müsbət proqnoz bankın gəlirliliyinin artmasını və aktiv keyfiyyətinin yüksəlməsini əks etdirir. Müsbət proqnoz həmçinin hökumətin dəstəyi ilə bağlı fərziyyələrimizin mümkün yenidən qiymətləndirilməsini də əks etdirir»-deyə bildirilir.

«Moody's Ratings (Moody's)» həmçinin BƏƏ-nin münaqişədən ən çox zərər çəkən əmirliklərindən biri olan Abu Dabinin İslam Bankının reytinqlərinin və bu emitentlə əlaqəli digər reytinqlərin dövri icmalını başa çatdırıb.

Açıqlamaya görə, Əbu-Dabi İslam Bankının (ADIB) da reytinqləri, o cümlədən A2 uzunmüddətli emitent reytinqləri və baa3 Baseline Credit Assessment (BCA), eləcə də bu emitentlə əlaqəli digər reytinqlər dəyişməz olaraq qalır.

«ADIB-in A2 uzunmüddətli emitent reytinqləri bankın baa3 BCA-sını və Moody's-in Birləşmiş Ərəb Əmirlikləri hökumətindən çox yüksək dəstək ehtimalı (Aa2, sabit) fərziyyəsinə əsaslanan reytinq artımının dörd pilləsini əks etdirir»-deyə açıqlamada bildirilir.

Agentliyin fikrincə, Əbu-Dabi İslam Bankının (ADIB) likvidlik buferləri nisbətən zəifdir. Eyni zamanda Yaxın Şərq münaqişəsi bankın aktivləri üçün risklər yaradır. Lakin ADIB-in möhkəm kapital buferləri bu riskləri azaldır. Həmçinin, bankın şaxələnmiş depozit bazası ilə dəstəklənən güclü maliyyələşdirmə profili münaqişə ilə əlaqəli likvidlik risklərini müəyyən dərəcədə kompensasiya edir.

«ADIB-in reytinqləri üzrə sabit proqnoz, Moody's-in bankın möhkəm kapital buferləri və güclü maliyyələşdirmə profili ilə dəstəklənərək, Yaxın Şərq münaqişəsinin qısamüddətli təsirini udmaq üçün yaxşı mövqedə olduğu fikrini əks etdirir»-deyə agentlik bildirir.

Chosen
19
fed.az

1Sources