İran milli və klub komandalarının bəzi ölkələrə səfərinə qadağa qoyulub. 1news.az İran KİV-lərinə istinadən xəbər verir ki, qərar İranlı idmançıların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən qəbul edilib. Məlumata görə, aidiyyəti qurumun açıqlamasında bildirilib ki, milli və klub komandalarının “düşmən” hesab edilən və iranlı idmançıların, eləcə də nümayəndə heyətlərinin təhlükəsizliyinə zəmanət verə bilməyən ölkələrə səfəri qadağan olunub. Qərarın regionda mövcud gərginlik və təhlükəsizlik riskləri fonunda verildiyi vurğulanıb. Bundan əlavə, İranın Gənclər və İdman Nazirliyi futbol federasiyası və klublara Asiya Futbol Konfederasiyası ilə əlaqə saxlamalarını tövsiyə edib. Nazirlik planlaşdırılan oyunların ev sahibi stadionlarının dəyişdirilməsi və qarşılaşmaların neytral meydanlarda keçirilməsi ilə bağlı müvafiq addımların atılmasını tapşırıb.