EN

MKE beynəlxalq müdafiə ekosistemində keyfiyyət standartlarının inkişafına töhfə verəcək

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti beynəlxalq aviasiya, kosmos və müdafiə ekosistemində keyfiyyət standartlarının inkişafına töhfə verəcək.

Bu barədə “Poliqon”a “Makine ve Kimya Endüstrisi” şirkətindən məlumat verilib.

Bildirilib ki, müdafiə sənayesində rəqabətin yalnız istehsal qabiliyyəti ilə deyil, həm də keyfiyyət, etibarlılıq və davamlı təchizat zəncirinin idarə olunması ilə müəyyən edildiyi müasir dövrdə, beynəlxalq keyfiyyət strukturlarında təmsil olunmaq strateji əhəmiyyət kəsb edir. Bu çərçivədə MKE, aviasiya, kosmos və müdafiə sənayesində qlobal keyfiyyət standartlarının formalaşdırılmasına yön verən ən mühüm platformalardan biri olan “IAQG Europe Associate Member” statusuna qəbul edilib.

“International Aerospace Quality Group Europe” İcra Komitəsi tərəfindən təsdiqlənən bu üzvlüklə MKE beynəlxalq aviasiya, kosmos və müdafiə ekosistemində keyfiyyət standartlarının inkişafına töhfə verən seçilmiş qurumlar sırasında yer alıb. Beləliklə, şirkət yalnız tətbiqedici deyil, eyni zamanda qlobal keyfiyyət arxitekturasının formalaşdırılmasına töhfə verən aktorlardan birinə çevrilib.

Sözügedən üzvlük keyfiyyətin idarə olunması, müştəri məmnuniyyəti, etibarlılıq və davamlı təkmilləşdirmə sahələrində formalaşmış korporativ bacarıqların beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilir. Eyni zamanda, bu addım aviasiya və müdafiə sənayesinə yön verən ucdan-uca təchizat zənciri inteqrasiyasının gücləndirilməsinə də mühüm töhfə verəcək strateji inkişaf kimi dəyərləndirilir.

“IAQG Europe Associate Member” statusu ilə MKE-nin qlobal keyfiyyət ekosistemində görünürlük və təsir funksiyaları artır, beynəlxalq standartların hazırlanması, yayılması və tətbiqi istiqamətində birbaşa iştirak imkanları daha da genişlənir.

Chosen
27
poliqon.az

1Sources