EN

Zaqatalada istirahət mərkəzində yanğın olub FOTOLAR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zaqatalada istirahət mərkəzində yanğın olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın martın 26-dan 27-nə keçən gecə rayonun Qazangül qəsəbəsi ərazisində yerləşən "Hope Lake" ailəvi istirahət mərkəzində baş verib.

Belə ki, ümumi sahəsi 100 kv/m-dən çox olan mətbəx binasında meydana gələn yanğının genişlənərək yaxınlıqdakı kottec və tikililərə keçməsinin qarşısı dərhal alınıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində ailəvi istirahət mərkəzinin mətbəx binasının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
8
cebheinfo.az

9Sources