EN

Göz altına çəkin,qara dairələr yox olacaq


Göz altındakı qara dairələrdən şikayətlənən, lakin təbii bir həll yolu axtaranlar "qara üzüm çəyirdəyi yağı" ilə rahatlıq tapırlar. Alternativ tibbin təsiri ilə təklif olunan bu həll yolu mütəxəssislər tərəfindən də tövsiyə olunur.

Medicina.az xəbər verir ki, göz altındakı qara dairələr yuxu çatışmazlığı, stress və həyat tərzi səbəbindən bir çox insan üçün problemdir.

Daha canlı və sağlam bir görünüş üçün təbii həll yolu axtaranlar tərəfindən son zamanlar qəbul edilən üsullardan biri qara üzüm çəyirdəyi yağıdır.

Güclü antioksidanları sayəsində bu təbii yağ dərini qidalandırır və müntəzəm istifadə edildikdə göz altındakı qara görünüşü yüngülləşdirməyə kömək edə bilər.



Bəs necə istifadə etməlisiniz?

Axşamlar göz altındakı təmiz dəriyə 1-2 damcı çəkin. Barmaqlarınızın ucu ilə yumşaq bir şəkildə masaj edin. Mütəmadi istifadə üçün həftədə ən azı 4-5 gün çəkin.

Üzüm toxumlarında olan proantosianidlər dəridəki sərbəst radikalları azaltmaqla gözlər altındakı tünd dairələri azaltmağa kömək edir.

*Gözlərlə təmasdan çəkinin.

**Əvvəlcə həssas dəridə kiçik bir sahədə sınaqdan keçirin.

Aygün
Medicina.az


Chosen
17
1
medicina.az

2Sources