Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-ın Tennessi ştatında tanınmış kantri ifaçısı Ronni Boumen yol qəzası törədib.
Lent.az “Daily Star”a istinadla xəbər verir ki, 64 yaşlı musiqiçi Eşlend-Siti şəhərində motosiklet qəzasında həyatını itirib.
Hadisə martın 22-də baş verib. Boumen təcili olaraq Neşvill şəhərindəki xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yol-nəqliyyat hadisəsinin detalları hələlik açıqlanmayıb.
Ronni Boumenin musiqi karyerası 1980-ci illərin sonlarında blyuqrass janrında çıxış edən məşhur qrupların tərkibində başlayıb. 1994-cü ildə o, solo ifaçı kimi fəaliyyətə başlayıb və yaradıcılığı dövründə beş studiya albomu yazdırıb.
Müğənninin istedadı yüksək mükafatlarla qiymətləndirilib: 1995, 1998 və 1999-cu illərdə Beynəlxalq Blyuqrass Musiqi Assosiasiyası onu ilin ən yaxşı kişi vokalisti seçib. Boumen Kris Steplton, Loretta Linn və “Creedence Clearwater Revival” qrupunun lideri Con Foqerti kimi dünya ulduzları ilə əməkdaşlıq edib.
Sənətkarın ölümü kantri və blyuqrass musiqi dünyası üçün böyük itki hesab olunur. Pərəstişkarları və həmkarları amerikalı musiqi mədəniyyətində dərin iz qoymuş ifaçının ailəsinə başsağlığı verirlər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.