EN

Qızıl niyə ucuzlaşmır?

Dünya bazarında qızılın qiyməti 2026-cı ildə yüksək səviyyədə qalmaqda davam edir. Son məlumatlara görə, qızılın bir unsiyası təxminən 5 100–5 200 dollar intervalında ticarət olunur.

Azpost.info bildirir ki, ilin əvvəlində isə qiymətlər daha da yüksələrək 5 500 dollar səviyyəsinə yaxın rekord həddə çatmışdı.

Analitiklər bildirirlər ki, qızıl bazarındakı bu artımın əsas səbəbləri qlobal iqtisadi qeyri-müəyyənlik, mərkəzi bankların qızıl ehtiyatlarını artırması, investorların “təhlükəsiz liman” aktivlərinə yönəlməsidir.

Beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə, 2026-cı ilin sonuna qədər qızılın qiyməti daha da artaraq 6 000–6 300 dollar səviyyəsinə çata bilər. Eyni zamanda bəzi ekspertlər bazarda sabitləşmə ehtimalını da istisna etmirlər və qiymətlərin 4 000–5 000 dollar aralığında qalacağını proqnozlaşdırırlar.

Ümumilikdə, qızıl bazarı hazırda yüksəliş fazasında qalır və investor marağı yüksək olaraq qalır.

AzPost.az

Chosen
16
azpost.info

1Sources