EN

Azərbaycanda eşşəklərlə bağlı QƏRİBƏ FAKT – Görün nədə istifadə edilir

Azərbaycanda bəzi təsərrüfat heyvanları ilə bağlı açıqlanan son statistik göstəricilər maraqlı reallığı üzə çıxarıb. Rəsmi məlumatlara görə, ölkədə eşşək və qatırların sayı regionlar üzrə fərqli paylanıb və bu heyvanların hələ də geniş şəkildə saxlanıldığı aydın görünür.

Bəs eşşəklər bu gün hansı real ehtiyaclara cavab verir? Eşşəyin təsərrüfat və gündəlik həyatda konkret hansı faydaları var?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov bildirib ki, qatır və ulaqlardan klassik olaraq yük daşımaları üçün istifadə olunurdu:

“Əvvəllər onların əsas funksiyası yükdaşıma idi. Eyni zamanda, sürülərin vəhşi yırtıcılardan qorunması üçün də istifadə olunurdu. Yəni biləsiniz ki, onlar hətta itlərdən daha yaxşı qoruyucu xüsusiyyətlərə malikdir. Lakin indi yükdaşıma sahəsində kifayət qədər irəliləyiş, müasir texnika və kənd təsərrüfatı avadanlıqları var. Buna görə də təsərrüfatın inkişafında onlar yalnız yükdaşıma məqsədilə istifadə edilmir”.

İqtisadçı qeyd edib ki, müasir dövrdə ulaqların və qatırların südündən, hətta ətindən kosmetik vasitələr və müalicəvi qida məhsullarının hazırlanmasında geniş istifadə olunur:

“Bu heyvanlar bütün kənar təsirlərə, xəstəliklərə qarşı davamlıdır və təsərrüfat heyvanları kimi məşhurdur. Bir sözlə, müasir dövrdə onların südü kosmetik vasitələrin istehsalında geniş tətbiq olunur və yəqin ki, bu məqsədlə belə təsərrüfatların inkişafına şərait yaradılır”.

Chosen
16
1
konkret.az

2Sources