Finlandiya prezidenti Alexander Stubb bildirib ki, NATO daxilində parçalanma müşahidə olunur. O, bu barədə Politico qəzetinə müsahibəsində danışıb.
Stubb qeyd edib ki, bu vəziyyət tam qırılma deyil, daha çox transatlantik tərəfdaşlıqda parçalanmadır. Onun sözlərinə görə, “qlobal Şimal” liberal dünya nizamını qorumağa çalışır, “qlobal Qərb” isə daha çox ABŞ kimi, sövdələşmələrə yönəlmiş siyasət aparır.
O, həmçinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı barədə fikirlərini bölüşüb. Stubbun sözlərinə görə, Avropa siyasətçiləri Yaxın Şərqdə ABŞ-a dəstək vermək üçün mütləq birləşməli deyillər.
“İran mənim müharibəm deyil, mənim müharibəm Ukraynadır”, — deyə prezident vurğulayıb.
Martın 26-da ABŞ prezidenti Truth Social platformasında paylaşım edərək bildirib ki, İrana qarşı əməliyyat çərçivəsində ABŞ NATO-dan heç nə əldə etməyib. Onun sözlərinə görə, Vaşinqton əslində alyansın köməyinə ehtiyac duymur, lakin NATO-nun bu davranışını unutmayacaq.