İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın “Azeri Ligh”t markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,55 ABŞ dolları (6,6%) artaraq 121,25 dollar/barelə çatıb.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin qiyməti 7,17 ABŞ dolları (6,7%) artaraq 114,41 dollar/barel olub.
“URALS” markalı neftin qiyməti 8,45 ABŞ dolları (10,6%) artaraq 88,17 dollar/barel təşkil edib.
Şimal dənizində hasil olunan “Dated Brent” neftinin qiyməti isə 7,91 ABŞ dolları (7,2%) artaraq 117,49 dollar/barel olub.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.