EN

“Tramp İran müharibəsində uduzur və Çindən kömək diləyir”

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Prezident Donald Tramp İranda apardığı  müharibədə uduzur və Hörmüz boğazının açılması üçün Çindən kömək istəməyə məcburdur”.

Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ-nin Demokrat Partiyasının nümayəndəsi Set Moulton CNN-ə verdiyi açıqlamada bildirib.

“Görünür, ABŞ administrasiyasının hazırda əsas məqsədi Hörmüz boğazını yenidən açmaqdır. Düzünü desək, bu boğaz Tramp bu müharibəni təkbaşına başlamazdan əvvəl də açıq idi. Beləliklə, reallıq budur ki, biz hazırda bu müharibəni uduzuruq”, - Moulton deyib.

O bildirib ki, əgər Tramp müharibəni "bu gecə" dayandıra bilsə, "bağladıqları boğazı" açmaq üçün İranla danışıqlar aparmalı olacaq.

"Buna görə də o, əsas düşmənimiz olan Çin Xalq Respublikasından yalvarır, gəlib bu boğazı açmaqda ona kömək etmələrini xahiş edir", - deyə siyasətçi bildirib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
redaktor.az

2Sources