EN

AFFA Elxan Məmmədovu BUNA GÖRƏ 1000 manat cərimə etdi -TƏCİLİ

FFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 2-ci liqanın 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz Saatlı” – “Quba” oyunu “Araz Saatlı” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 150 manat cərimə edilib.

“Araz Saatlı” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.

“Araz Saatlı” – “Quba” oyununun 85-ci dəqiqəsində “Quba” komandasının 9 nömrəli futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Quba” komandası 300 manat cərimə edilib.

“Şirvan” – “Sheki City” oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şirvan” komandası 300 manat cərimə edilib.


Chosen
11
17
azia.az

10Sources