EN

Donald Trampı qəzəbləndirən müğənni DÇ 2026 nın açılışında çıxış edəcək

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Fevral ayında Superboulda çıxış edən və mahnılarını tamamilə ispan dilində oxuyan Puerto-Riko repçisi Bad Bunny 2026 Dünya Çempionatının açılış mərasimində yenidən səhnəyə çıxacaq.

İdman.Biz xəbər verir ki, müğənninin çıxış edəcəyi sözügedən tədbir bu dəfə Meksikada baş tutacaq.

Qeyd edək ki, müğənninin ispan dilində oxuması və “Amerikanın birliyi” barədə fikirlər səsləndirməsi ABŞ prezidenti Donald Trampın ciddi narazılığına səbəb olmuş və prezident bunu “Amerikanın əzəmətinə təhqir”, “ölkənin üzünə şillə” adlandırmışdı.

Müğənni uzun müddətdir Tramp administrasiyasının sərt immiqrasiya siyasətini açıq şəkildə tənqid edir. Onun vaxtaşırı olaraq “Amerikanın birliyi” mesajı və Latın Amerikası həmrəyliyini vurğulaması Trampın siyasətinə zidd hesab olunur.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
icma.az

2Sources