EN

ABŞ-də İrana zərbələr zamanı itirilmiş texnikanın bərpası xərcləri hesablanıb

Yaxın Şərqdəki silahlı münaqişə başa çatdıqdan sonra ABŞ zədələnmiş və itirilmiş hərbi texnikanın əvəzlənməsi və təmiri üçün 1,4 milyard dollardan 2,9 milyard dollara qədər vəsait xərcləməli olacaq.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti Pentaqonun keçmiş əməkdaşına istinadən yazıb.

Onun qiymətləndirmələrinə görə, səhvən vurulmuş üç "F-15E"nin əvəzinə yeni "F-15" qırıcılarının alınması təxminən 300 milyon dollar tələb edəcək. Bundan əlavə, İranın ehtimal edilən zərbəsindən sonra qəza enişi etmiş, dəyəri təxminən 82,5 milyon dollar olan "F-35A Lightning II" qırıcısının təmirinə ehtiyac var.

İstehsalı artıq dayandırılmış, qəzaya uğrayan "KC-135" yanacaqdoldurma təyyarəsi, çox güman ki, 165 milyon dollar dəyərində olan "KC-46" ilə əvəz ediləcək. Eyni zamanda, regionda olan digər zədələnmiş texnika da təmir tələb edir.

Bundan başqa, İranla qarşıdurma zamanı Birləşmiş Ştatlar hər birinin dəyəri təxminən 16 milyon dollar olan 10-dan çox "MQ-9 Reaper" pilotsuz uçuş aparatını itirib. Onların da istehsalı dayandırılıb, yeni "MQ-9B" dronlarının bir ədədi isə artıq 30 milyon dollara başa gələcək.

İran Yaxın Şərqin bir sıra dövlətlərindəki radiolokasiya, kommunikasiya və zenit sistemlərinə azı bir neçə zərbə endirib. Xüsusilə Qətərin təxminən 1 milyard dollar dəyərində qiymətləndirilən "AN/FPS-132" erkən xəbərdarlıq sistemi zədələnib. Öz növbəsində, yeni "AN/TPY-2" radarlarının satınalınması 300 milyon dollara başa gələcək.

WSJ qeyd edib ki, "USS Gerald R. Ford" aviadaşıyıcısında baş vermiş yanğından dəyən zərərin miqyası hələlik müəyyən edilməyib.

Chosen
35
far.az

1Sources