BAKI,TurkicWorld
İsrail ordusu İrandan daha bir raket atəşi aşkar etdiyini və onların ələ keçirilməsi üçün tədbirlərə başladığını bildirib.
TurkicWorld-ün məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.
Bəyanatda deyilir: "Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri (İDF) İran ərazisindən İsrailə doğru raket atıldığını aşkar edib. Təhdidi dəf etmək üçün hava hücumundan müdafiə sistemləri yerləşdirilib".