EN

Yaponiya İrana birbaşa diplomatik dialoq kanallarını işə salır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yaponiya hökuməti regiondakı vəziyyətin tezliklə normallaşdırılması üçün İranla birbaşa dialoq kanallarını işə salmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.

"Hökumət İranla birbaşa dialoq kanallarını işə salmağı, beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirərək vəziyyətin tezliklə normallaşması üçün bütün diplomatik səyləri göstərməyi planlaşdırır", - deyə o qeyd edib. Kihara vurğulayıb ki, Yaponiya və İran uzun müddət müxtəlif səviyyələrdə əlaqələr saxlayıblar.

ABŞ prezidenti Donald Trampın İranın energetika infrastrukturu obyektlərinə zərbələri 10 gün dayandırması ilə bağlı açıqlamasını şərh edərkən Kihara qeyd edib ki, münaqişənin dialoq yolu ilə həlli çox önəmlidir.

Əvvəlcə Tramp İrana aid energetika obyektlərinə hücumların 10 gün dayandırıldığını açıqlamış, qərarını isə Tehran tərəfindən irəli sürülən müraciətlə əsaslandırmışdı. Lakin "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən yazıb ki, İran hökuməti ABŞ-a belə müraciət etməyib.

Yaponiyanın tarixi olaraq İranla sıx əlaqələri olub və Tokio tez-tez Tehran ilə Qərb ölkələri arasında vasitəçi rolunu oynayıb. Məsələn, 2019-cu ildə o zamanın baş naziri Şinzо Abe Tehrana səfər edib, ardından cavab səfəri Ali Xamenei Tokioda həyata keçirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
icma.az

1Sources