EN

DÇ-2026: Pley-off mərhələsinin ilk turunun nəticələri

DÇ-2026-nın pley-off mərhələsinin yarımfinal matçlarına start verilib.
 
Moderator.az xəbər verir ki, mundiala gedən A, B, C və D yollarında ümumilikdə səkkiz gərgin qarşılaşma baş tutub.
 
Türkiyə yığması İstanbulda Rumıniya seçməsi ilə həlledici duelə çıxıb. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.
 
Günün digər qarşılaşmaları aşağıdakı kimi nəticələnib:
 
Çexiya - İrlandiya 2:2 (Penaltilər zərbəsi- 4:3);
 
Danimarka - Şimali Makedoniya 4:0;
 
İtaliya - Şimali İrlandiya 2:0;
 
Polşa - Albaniya 2:1;
 
Slovakiya - Kosovo 3:4;
 
Ukrayna - İsveç 1:3;
 
Uels - Bosniya və Herseqovina 1:1 (Penaltilər zərbəsi- 2:4).
 
Dünya çempionatına vəsiqə qazandıracaq həlledici final görüşləri isə martın 31-də təşkil olunacaq.
 
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək davam edəcək möhtəşəm DÇ-2026-da ümumilikdə 48 komanda qızıl kubok uğrunda mübarizə aparacaq.
Chosen
22
1
moderator.az

2Sources