EN

SEPAH-a qarşı “konserv əməliyyatı”

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrinin hərbçilərinə içərisinə partlayıcı yerləşdirilmiş tuna balığı konservləri paylanılıb.

Publika.az xəbər verir ki, bu barədə İran mediasına istinadla kp.ru saytı məlumat yayıb.

Qeyd olunub ki, İranın Fars əyalətindəki "Bəsic" yarımhərbi könüllülər dəstəsi tərkibində tuna balığı konservi olan standart ordu rasionları alıb, lakin bankaların içərisində gizlədilmiş partlayıcı qurğular olub və açılmağa cəhd edilərkən partlayışlar baş verib. Bu birləşmənin əsas tədarükçüsü respublikanın Müdafiə Nazirliyinin tabeliyində olan "Etka" holdinqidir. Holdinqin birbaşa güc strukturlarının qidalanması ilə bağlı olan məxsusi brendləri, o cümlədən tuna balığı konservləri istehsal edən "Delnoosh" markası mövcuddur.

İlkin məlumatlardan sonra SEPAH daxili ərzaq təchizatı sistemini faktiki olaraq dayandırıb və hərbçilərə mövcud partiyalardan olan konservlərdən istifadə etməmək barədə xəbərdarlıq edib.

Chosen
20
50
publika.az

10Sources