EN

Xərçəng xəstəliyinin iki gecə əlaməti açıqlandı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yuxusuzluq və gecə saatlarında müşahidə olunan həddindən artıq tərləmə onkoloji xəstəliklərin ilkin siqnalları ola bilər. Britaniyanın "Cancer Research UK" xeyriyyə təşkilatının mütəxəssisləri bu barədə "Surrey Live" nəşrinə açıqlama veriblər.Ekspertlərin fikrincə, yuxu rejiminin müntəzəm pozulması və güclü tərləmə bəzən stres, infeksiyalar və ya hormonal dəyişikliklərlə bağlı olur. Lakin xərçəng xəstəliyi zamanı bu hallar bədənin intoksikasiyası, temperatur tənzimlənməsinin pozulması və ya şişin spesifik xüsusiyyətləri ilə əlaqədar yarana bilir. Xüsusilə heç bir səbəb olmadan insanın gecə paltarını və ya yataq dəstini dəyişmək məcburiyyətində qalacaq dərəcədə tərləməsi ciddi narahatlıq doğurmalıdır.Həkimlər bildirirlər ki, əgər bu əlamətlər səbəbsiz qızdırma, ağrı və ya ürəkbulanma ilə müşayiət olunursa, daha diqqətli olmaq lazımdır. Bu simptomların olması mütləq xərçəng diaqnozu demək deyil, lakin orqanizmdə baş verən qəfil və qeyri-adi dəyişikliklər zamanı müayinədən keçmək vacibdir. Həkimlər hər kəsə öz bədəninin normal vəziyyətini yaxşı tanımağı və hər hansı fərqli halda vaxtında tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
demokrat.az

1Sources