EN

“Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik” Lavrov

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya ABŞ və İsrailin Tehrana qarşı əməliyyatı fonunda İrana kəşfiyyat məlumatları ötürmür.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "France Télévisions"a müsahibəsində bildirib.

"Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik, lakin İrana kəşfiyyat məlumatları ilə kömək etdiyimizə dair ittihamlarla razılaşa bilmərik", - o bildirib.

Lavrov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və onun rəsmi nümayəndəsi Dmitri Peskov Tehrana kəşfiyyat məlumatlarının ötürülməsi mövzusu ilə bağlı artıq şərhlər veriblər.

"Onlar bildiriblər ki, Rusiyanın, həqiqətən də, İranla sıx münasibətləri var. Bizim hərbi-texniki əməkdaşlıq haqqında sazişimiz mövcuddur", - Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

O əlavə edib ki, Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarının koordinatları regionda hamıya məlumdur: "İranın onlara hücum etməsi məndə təəccüb doğurmur".

Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
2
azpolitika.info

3Sources