EN

İran XİN: BMT təcavüzkarların məsuliyyətə cəlb olunmasını tələb etməlidir

BAKI, 27 mart. TELEQRAF

İran BMT-ni beynəlxalq hüququ pozan dövlətlərin məsuliyyətə cəlb olunmasında israr etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığında bildirib.

Nazir qeyd edib ki, ABŞ və İsrailin mülki obyektlərə, o cümlədən məktəblərə, xəstəxanalara, mədəni və tarixi abidələrə, eləcə də yaşayış məntəqələrinə hücumları BMT Nizamnaməsinin, beynəlxalq hüququn və insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Onun sözlərinə görə, BMT və onun baş katibi bu cür pozuntulara görə məsuliyyətin təmin olunmasını tələb etməlidir.

Açıqlamada həmçinin bildirilib ki, Hörmüz boğazında sabitliyin pozulması ABŞ və İsrailin hərəkətlərinin birbaşa nəticəsidir. İran tərəfi vurğulayıb ki, ABŞ, İsrail və onların müttəfiqlərinə məxsus gəmilərin hərəkətinin məhdudlaşdırılması ölkənin sahilyanı dövlət kimi hüquqlarına uyğundur.

Chosen
29
teleqraf.com

1Sources